📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik" - Valbuena

2022-10-05 20:27:00

Yunanıstan "Olimpiakos"unun futbolçusu Matyö Valbuena UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə danışıb.

Yarımmüdafiəçi oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib:

"Sabah mənim meydana çıxıb-çıxmamağım deyil, qələbə qazanmaq daha önəmlidir. Oynasam, qələbə üçün əlimdən gələni edəcəyəm. Xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik. Tamamilə oyuna köklənmişik. Baş məşqçinin tapşırıqlarını səhvsiz yerinə yetirməyə çalışacağıq ki, istəyimizə çataq. Yaxşı komandamız, yüksək səviyyəli futbolçularımız var. Doğru yoldayıq. Əzmlə çalışsaq, nəticə özü gələcək".

Sabah "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. \\Offsideplus.az