Xalid Fəthəlrəhman: “Məqsədimiz nüfuzlu tədqiqat mərkəzinə çevrilməkdir”
"Müsəlman dünyası üzrə tədqiqatların aparıldığı tanınmış və nüfuzlu mərkəzə çevrilmək, eləcə də digər regionlar üçün etibarlı tərəfdaş olmaq əsas hədəflərdəndir".
hurriyyet.net xəbər verir ki, bunu Milli İncəsənət Muzeyində keçirilən mətbuat konfransında
ICESCO-nun Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fəthəlrəhman deyib.
O bildirib ki, forum çərçivəsində iki mühüm istiqamət üzrə müzakirələr aparılacaq: "Birinci istiqamət sivilizasiyanın və müsəlman dünyasının inkişafı, eləcə də müasir problemlərin və münaqişələrin həlli üçün yeni yanaşmaların araşdırılması ilə bağlıdır. İkinci istiqamət isə gələcəyə yönəlmiş tədqiqat və təhlillərdə xarici amillərin rolunu, həmçinin mövcud problemlərin həlli üçün qabaqlayıcı yanaşmaların əhəmiyyətini əhatə edir".
Onun sözlərinə görə, bu müzakirələr yeni həll yollarının müəyyənləşdirilməsi və regionlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətlidir.