📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xalq artisti əri ilə görüntüləndi - VİDEO

2022-11-05 20:23:00

Xalq artisti əri ilə görüntüləndi - VİDEO

Xalq artisti Mələkxanım Eyubova həyat yoldaşı Xosrov Nəcəfovla birlikdə görüntülənib.

Hurriyyet.Az verir ki, xanəndəni “Zaurla Günaydın” səhər şousuna avtomobili ilə gətirən Nəcəfov kameralara tuş gəlib.

O, M.Eyubova haqda bunları deyib: “Onun ifa etdiyi bütün mahnılar mənim üçün xoşdur. Söz verdi ki, sənətin zirvəsini fəth edəcək. Bunu da sübut etdi. Ona dəstəyimi əsirgəmədim. İlk əvvəl razı deyildim. Sonradan gördüm, əzab çəkir. Bu, sənət sevgisindən irəli gəlirdi. O, əziyyət çəkirdi, mən ondan çox əziyyət çəkirdim. Gördüm ki, oxumalıdır, səhnədə olmalıdır. Nə qədər həyatdayam, onun xidmətində olacağam”. 

Qeyd edək ki, polis polkovniki Xosrov Nəcəfov ötən il vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

 

32gun.az