📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

2026-10-14 21:42:05

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Xalq artisti Zaur Rzayevin səhhəti yenidən pisləşib.

Hurriyyet.net  Axşam.az-a istinadən xəbər verir ki, bir neçə gün əvvəl müğənni yenidən xəstəxanaya aparılıb.

Z.Rzayevin ailəsi açıqlamasında ifaçının bir neçə gün əvvəl reanimasiyaya yerləşdirildiyini bildirib:

“İndi evə buraxılıb. Vəziyyəti ağırdır. Amma həkimlər müalicənin evdə davam etdirilməsini məsləhət görüblər. Hazırda ev şəraitində müalicəsi davam edir”.

Qeyd edək ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib.. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.