📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xalq artisti Həsən Ağasoy Naxçıvan MR hakimiyyətini Allaha tapşırdı

2022-01-23 00:00:00

Xalq artisti Həsən Ağasoy Naxçıvan MR hakimiyyətini Allaha tapşırdı

Xalq artisti Həsən Ağasoyun dünən iş yerində səhhəti pisləşib.
 

Xalq artisti bu gün özünün WhatsApp statusunda belə yazıb.
 
Ağasoy bildirib ki, iş yerinə təcili yardım maşını gəlib və onu xəstəxanaya aparmaq istəyiblər. Xəstəxanada sui-qəsdə məruz qalmaq ehtimalını nəzərə alan xalq artisti müalicədən imtina edib.
 
Həsən Ağasoy əməkdaşımıza vəziyyətinin hələ də normallaşmadığını bildirib. 

Xalq artisti paylaşdığı statusunda onu bu hallara salan məmurları "Allaha tapşırdığı"nı qeyd edib.

 

 

Ovqat.com