📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xalq artisti icra hakimiyyətini tənqid etdi

2022-07-25 16:22:00

Xalq artisti icra hakimiyyətini tənqid etdi

Xalq artisti Faiq Ağayev Lənkəran Rayon İcra Hakimiyyətini tənqid edib.

Hurriyyet.az xəbər verir ki, xalq artisti Lənkəranda istirahət mərkəzlərindən birində üzgüçülük üzrə olimpiya çempionu Maykl Felpsin fikirləri həkk edilən reklam lövhəsində səhv yazıya diqqət çəkib:

"Deyək ki, bu banner çapa səhvlə göndərilib. Bəs, çap edən şirkətdə korrektor və ya hazır məhsulu qəbul edən qurumda savadlı bir kəs tapılmadı, Lənkəran Rayon İcra Hakimiyyəti?.."