Xalq artisti tıxaclardan gileyləndi
2026-09-22 17:01:06
Xalq artisti Mehriban Zəki tıxacdan şikayətlənib.
Musavat.com xəbər verir ki, aktrisa Bakıda yaranan tıxacdan narazılığını ifadə edib.
O, avtomobildə çəkdiyi görüntünü paylaşaraq uzun müddət eyni nöqtədə hərəkətsiz qaldığını bildirib.
“1 saat 23 dəqiqə tərpənmədən bir nöqtədə qalmaq... Artıq səbrdən də o yana... Bütün bildiyim, bilmədiyim şeirlər keçdi beynimdən, çıxdı yadımdan” deyə, M.Zəki paylaşımında yazıb.
