📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xalq artisti vəzifəsindən azad EDİLDİ

2026-04-04 16:29:12

Xalq artisti vəzifəsindən azad EDİLDİ

Xalq artisti, professor Yalçın Adıgözəlov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrındakı vəzifəsindən azad edilib.

Musavat.com xəbər verir ki, bu barədə Apa-ya Xalq artisti özü məlumat verib.

O, 2024-cü ildə teatrdan ayrıldığını, buna "oradakı qəbuledilməz şəraitin" səbəb olduğunu qeyd edib:

"Opera və Balet Teatrında mənə qarşı hörmətsizlik oldu və mən artıq iki ildir teatrdan uzaqlaşmışam. Bu barədə bu günə qədər heç yerdə danışmamışdım"