📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xalq artistini piyada keçidində avtomobil vurdu– Şükufə Yusupovanın vəziyyəti ağırdır

2026-08-22 19:38:33

Xalq artistini piyada keçidində avtomobil vurdu– Şükufə Yusupovanın vəziyyəti ağırdır

Xalq artisti, “Şöhrət” ordenli aktrisa Şükufə Yusupova ağır yol qəzasına düşüb.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Məlumata görə, xalq artisti hazırda Kliniki Tibbi Mərkəzdə müalicə olunur və vəziyyəti ağırdır.

Şükufə Yusupovanın qəzaya düşməsinin təfərrüatı da məlum olub.

APA-ya xalq artistinin bacısı oğlunun verdiyi məlumata görə, hadisə dünən “İçərişəhər” metrostansiyasının yaxınlığında baş verib.

Bildirilib ki, Şükufə Yusupova piyada keçidindən keçərkən onu avtomobil vurub.

Hadisə nəticəsində xalq artistinin qabırğaları və çanaq sümüyü sınıb. Bundan başqa, onun öd kisəsinin zədələndiyi bildirilir.

Şükufə Yusupova hadisədən sonra Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Kliniki Tibbi Mərkəzin Mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib ki, 1954-cü il təvəllüdlü şəxs dünən saat 18:44 radələrində Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

“Xəstəyə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb. Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib”, – məlumatda qeyd olunub.

Hazırda Şükufə Yusupovanın vəziyyəti ağır qiymətləndirilir. Xalq artistinin müalicəsi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində davam etdirilir.