📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xalq artistinin qızından qadağa: "Bəsdirin, ərdən sual verməyin"

2022-04-13 23:22:00

Xalq artistinin qızından qadağa:

Xalq artisti Fatma Mahmudova və aktrisa qızı Nigar "Həmin Zaur" proqramında əsəbiləşib.

Aparıcı Zaur Kamal F.mahmudovaya "Niyə qızı ərə vermirsən" sualını ünvanlayıb. Aktrisa "Yüz dəfə demişəm mənim qızıma ərdən sual vermə. Hərənin bir qisməti, taleyi var. Onun da qisməti gələcək" sözlərini deyib.

Nigar isə onun dediklərinə əsəbiləşərək "Hər dəfə gələndə məni ərə verirsən, bəsdir. Heç kəs məndən inciməsin. Efir vasitəsilə hamıya deyirəm, xahiş edirəm, mənə artıq ərdən sual verməyin" cavabını verib. \\Axşam.az