📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xalq artistinin səhhəti pisləşdi, qida qəbul edə bilmir - FOTO

2022-09-21 12:04:00

Xalq artistinin səhhəti pisləşdi, qida qəbul edə bilmir - FOTO

Xalq artisti, qiraətçi, aktrisa Əminə Yusifqızının səhhəti pisləşib, o, qida qəbul edə bilmir.

Hurriyyet.az bildirir ki, bu barədə report-a aktrisanın özü məlumat verib.

85 yaşlı Xalq artisti bir neçə gündür səhhətində problemlərin yarandığını və özünü yaxşı hiss etmədiyini bildirib.

O, səhhətindəki problemlərlə əlaqədar artıq bir həftədir yemək yeyə bilmədiyini vurğulayıb.

Qeyd edək ki, tanınmış aktrisa, “Şöhrət” ordenli Xalq artisti Əminə Yusifqızı "Şərikli çörək", "Sən nə üçün susursan?", "Bizim küçənin uşaqları", "Musiqi müəllimi" və s. onlarla filmdə və televiziya tamaşalarında çəkilib.