Xalq artistinin son vəziyyəti açıqlandı
2026-10-27 15:11:48
Bir müddətdir xəstəxanada müalicə alan Xalq artisti Zaur Rzayevin vəziyyəti məlum olub.
Hurriyyet.net xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 1952-ci il təvəllüdlü şəxsin (kişi) vəziyyəti kritik ağır qiymətləndirilir.
Xatırladaq ki, Z.Rzayev sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozu, assit və toksiki ensefalopatiya diaqnozları təyin edilib.