"Xalqımıza qarşı cinayət törədənlər mütləq qanun qarşısında cavab verməlidirlər" - FUAD QƏHRƏMANLI
2023-10-04 11:25:18
"Araik Arutunyan "Gəncəyə raket atmaq əmrini mən vermişəm" deməkə əlini günahsız insanların qanına batırdığını, necə bir qatil olduğunu özü etiraf edib"
"Separatçıların keçmiş "prezidentlərinin" həbs edilərək Bakıya gətirildiyi bildirilir. Onların arasında Arayik Arutunyanın da olduğu deyilir. Araik Arutunyan "Gəncəyə raket atmaq əmrini mən vermişəm" deməkə əlini günahsız insanların qanına batırdığını, necə bir qatil olduğunu özü etiraf edib". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Fuad Qəhrəmanlı deyib.
Siyasi şərhçi əlavə edib ki, bu müharibə caniləri Azərbaycan xalqına qarşı soyqırım cinayətinə görə məsuliyyət daşıyırlar və mütləq qanun qarşısında cavab verməlidirlər.
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az