📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Xalqın cəhaləti başqaları üçün fürsətdir" - FƏRHAD MEHDİYEV

2023-11-21 12:12:42

"Oxumamış kütlənin özü gücdür, lakin idarəetməsi öz əlində olan güc deyil, o başqalarının əlində bir güc və alətə çevrilir"

"Qəbul etsək də, etməsək də, dünya xalqlarının əksər hissəsi savadsız və cahildir. İmperatorlar, fatehlər haqqında filmlər çıxanda həmin filmlərin reytinqi çox yüksək olur. İmperator Napoleon haqqında film çıxacaq, indidən reytinqlərdə ən yüksək pilləyə çıxıb. Adam o qədər insanın qanın töküb və indi də kiminsə simpatiyasını çəkə bilir". Hurriyyet.az xəbər verir ki, bunu beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev qeyd edib.

Cahil insanın gücə sitayiş etdiyini vurğulayan politoloqun fikrincə, onlar həm də ədalətli olan gücə sitayiş etmək istəyirlər, yəni zalıma sitayiş etmək istəməzlər: "Amma güc elə bir şeydir ki, bir əldə cəmləşəndə onu tarazlayacaq heç nə qalmır, qanun belə, onu tarazlaya bilmir. Bu səbəblə, xalq heç vaxt ziyalı təbəqəni izləməz, meritokratik idarəetməni bəyənməz. Oxumamış kütlənin özü gücdür, lakin idarəetməsi öz əlində olan güc deyil, o başqalarının əlində bir güc və alətə çevrilir. Hitler və Lenin həmin kütlədən məharətlə istifadə etmişdir. Deməli, xalqın cəhaləti həm də eyni zamanda, başqaları üçün fürsətdir. Lider özünü idarə etmək istəməyini özünə tabe etməyi bacaran şəxsdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az