📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xamanei Ərdoğana Suriyada antiterror əməliyyatı keçirməməyi məsləhət gördü

2022-07-19 18:17:00

Xamanei Ərdoğana Suriyada antiterror əməliyyatı keçirməməyi məsləhət gördü

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan İrana səfəri çərçivsində ölkə başçısı İ.Rəisi və ayətullah Ə.Xamanei ilə görüşüb.

İranın ali dini lideri Seyyid Əli Xamanei bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbət zamanı Ankaranı Suriyanın şimalında hərbi əməliyyatlar aparmaqdan çəkindirməyə çalışıb. İRNA informasiya agentliyinin yazdığına görə, Xamanei deyib: “Bu, mütləq Suriyaya, Türkiyəyə və bütövlükdə regiona zərər verəcəkdir”. “Suriya məsələləri dialoq yolu ilə həll edilməlidir  və Rusiya, İran və Türkiyə bu problemi danışıqlar yolu ilə həll eləməlidirlər”.

Xamanei deyib: “Terrorçuluğa qarşı çıxmaq lazımdır, lakin Suriyaya qarşı bir hərbi hücum terrorçuların xeyrinə olacaqdır”.

Xatırladaq ki, Türkiyə Prezidenti Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı sərhəd rayonlarlarına – Tel-Rüfətdə, Menbiçdə, ardından Ayn əl Ərəb və Ayn İsada yeni antiterror əməliyyatına başlayacağını bəyan edib.

Hürr Tərcüman