📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xamanei Zəngəzur dəhlizini təhdid hesab edir - Erməni səfirlə görüş

2025-12-16 10:24:16

Xamanei Zəngəzur dəhlizini təhdid hesab edir - Erməni səfirlə görüş

Hurriyyet.az xəbər verir ki, Xamaneinin müşaviri Zəngəzur dəhlizinin əleyhinə çıxış edib.
İran bu layihəni "milli təhlükəsizliyinə təhdid" hesab edərək ilk dəfə "Tramp Marşrutu"na açıq şəkildə etirazını bildirib. 
Bu etirazı İranın Ali Lideri Ayətullah Əli Xameneinin baş müşaviri Əli Əkbər Vilayəti Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyanla görüşü zamanı  səsləndirib.
IRNA agentliyinin məlumatına görə, Vilayəti Trampın Qafqaz üçün planının Zəngəzur dəhlizi layihəsindən heç bir fərqinin olmadığını və İran İslam Respublikası bu təşəbbüsə qəti şəkildə qarşı olduğunu deyib.
Vilayəti Bakı ilə Tehran arasında münasibətlərin normallaşdırılmasının əsas əleyhdarlarından biri hesab olunur və müntəzəm olaraq İran rəhbərliyinin ən mühafizəkar xəttini əks etdirən bəyanatlar verir. Qeyd edək ki, indiki İran hakimiyyətinin - Pezeşkian hökumətinin formulları olduqca neytraldır. Bir gün əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Bakıya gəlib, səfərdən sonra müsbət mesajlar verib, Tehranın Bakı ilə münasibətləri inkişaf etdirməyə və gücləndirməyə hazır olduğunu bəyan edib.
Hürr Tərcüman