📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xamaneidən Zəngəzur dəhlizi əleyhinə bəyanat

2024-07-30 17:02:23

Xamaneidən Zəngəzur dəhlizi əleyhinə bəyanat

İran hələ də hesab edir ki, Zəngəzur dəhlizi ideyası Ermənistanın maraqlarına cavab vermir.

Hurriyyet.az xəbər verir ki, bunu İranın ali lideri Əli Xamenei Tehranda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

O, Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb və qeyd edib ki, Ermənistan-İran münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq, qarşılıqlı maraqlar əsasında inkişaf edəcək. Xamanei həmçinin əlavə edib ki, xarici dövlətlər qonşu dövlətlər arasında münasibətlərə qarışmamalıdır.

Qeyd edək ki, Nikol Paşinyan İrana yeni prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün gəlib.

bakupost.az