📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xamenei sükutu pozdu: “Müqavimət davam edəcək”

2026-04-01 23:24:45

Xamenei sükutu pozdu: “Müqavimət davam edəcək”

İranda hakimiyyət dairələrindən diqqətçəkən açıqlama səslənib.

Musavat.com xəbər verir ki, yeni Ali Dini Lider Müctəba Xamenei ölkənin strateji xəttinin dəyişməz qalacağını bəyan edib.

Onun sözlərinə görə, İran İslam Respublikası İmam Xomeyninin və “şəhid Lider”in müəyyən etdiyi siyasi kursa sadiqdir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək:

“Qətiyyətlə bəyan edirəm ki, İmam Xomeyninin və şəhid Liderin yolunu davam etdirən İran İslam Respublikasının ardıcıl siyasəti sionist-amerikan düşməninə qarşı Müqaviməti dəstəkləməyə davam etməkdir”.