📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xameneidən Durovun saxlanılmasına - Reaksiya

2024-08-27 17:03:44

Xameneidən Durovun saxlanılmasına - Reaksiya

İranın ali rəhbəri Seyid Əli Xamenei Teleqramın qurucusu Pavel Durovun saxlanılmasına münasibət bildirib.

Hurriyyet.az xəbər verir ki, o, bu barədə yeni kabinetin üzvləri ilə görüşü zamanı danışıb.

“Kiberməkanda hər yerdə idarəetmə var. Gördüyünüz kimi, Pavel Durovu Fransada saxlayıblar və 20 il həbslə hədələyirlər. Bu da onların qaydalarını pozduğunu göstərir", - Xamenei əlavə edib.

Qeyd edək ki, İranda altı ildən çoxdur Teleqramın fəaliyyəti qadağan edilib.

axar.az