📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xameneidən icazəsiz ABŞ nümayəndələri ilə danışıqlar aparmaqda ittiham olunur

2026-10-07 10:28:14

Xameneidən icazəsiz ABŞ nümayəndələri ilə danışıqlar aparmaqda ittiham olunur

İranın xarici işlər naziri Abbas Əraqçiyə qarşı impiçment təşəbbüsü ölkə parlamentində qeydə alınıb.

Hurriyyet.net  xəbər verir ki, bu haqda “Tasnim” agentliyi məlumat yayıb.

Təşəbbüsçülərdən biri onu Nyu-Yorka səfəri zamanı İranın Ali Rəhbəri Müctəba Xameneinin icazəsi olmadan ABŞ nümayəndələri ilə danışıqlar aparmaqda ittiham edib.

Bundan əlavə, İran XİN rəhbərinə qarşı irəli sürülən ittihamlar arasında “qırmızı xətlərin aşılması” və Vaşinqtonla danışıqlar zamanı səhv hesablamalara yol verilməsi də yer alır.