📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xameneinin arvadı sağ imiş

2026-03-12 20:50:44

Xameneinin arvadı sağ imiş

İranın mərhum Ali Lideri Əli Xameneinin arvadı Mənsurə Xocastənin sağ olduğu təsdiqlənib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Fars” agentliyi məlumat yayıb.

“Ali Liderin həyat yoldaşının sağ olduğunu bildirməkdən məmnunuq. Bununla bağlı ilkin məlumatlarda səhv olub”, - agentlik bildirib.

Qeyd edək ki, martın 2-də ABŞ və İsrailin İrana zərbələri nəticəsində yaralanmış Mənsurə Xocastənin vəfat xəbəri yayılmışdı.