📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xameneinin İsrail açıqlamasına Maskın cavabı

2023-10-09 12:00:00

Xameneinin İsrail açıqlamasına Maskın cavabı

Xameneinin əsas məqsədinin fələstinliləri müdafiə etmək yox, İsrailin kökünü kəsmək olduğu göz önündədir.

Hurriyyet.az xəbər verir ki, bunu “SpeysX” şirkətinin qurucusu İlon Mask X hesabında yazıb.

Bu, baş verməyəcək. Nifrət alovlarını körükləmək işə yaramır. Bəlkə də başqa bir şey haqqında düşünməyin vaxtıdır”, - Mask qeyd edib.

Xatırladaq ki, İranın dini lideri Əli Xameneinin X hesabında HƏMAS silahlılarının hücum videosu paylaşılaraq, İsrailin kökünün kəsiləcəyi yazılıb.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə İsrailə hücum edib. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb.

İsrail ordusu cavab zərbələri endirir./axar.az/