📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xameneinin yas mərasiminin tarixi BƏLLİ OLDU

2026-04-06 17:37:10

Xameneinin yas mərasiminin tarixi BƏLLİ OLDU

Aprelin 8, 9 və 10-da İranın əksər bölgələrində İranın keçmiş rəhbəri Əli Xameneinin ölümü ilə bağlı yas mərasimləri keçiriləcək.

Hurriyyet.az axar.az-a istinadən bildirir ki, bu barədə İran İslami Təbliğat Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına görə, şəhər meydanlarında matəm və sinə döymə mərasimləri keçiriləcək, ardınca matəm qrupları Xameneinin dağıdılmış iqamətgahına doğru yürüş keçirəcək.

Qeyd edək ki, Əli Xamenei, bir neçə ailə üzvü və silahlı qüvvələrin yüksək rütbəli komandirləri ilə birgə fevralın 28-də ABŞ və İsrail ordularının hava hücumları nəticəsində ölüb.