📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xamneyi: Fars dilini qorumaq və genişləndirmək üçün daha çox əməkdaşlığa ehtiyac var

2024-07-31 11:06:49

Xamneyi: Fars dilini qorumaq və genişləndirmək üçün daha çox əməkdaşlığa ehtiyac var

Ayətullah Xameneyi Tacikistan prezidenti və onu müşayiət edən nümayəndə heyəti ilə görüşündə bildirib ki, İran İslam Respublikasının əsas siyasəti və prioriteti region ölkələri ilə əlaqələrin genişləndirilməsidir. Xüsusən də eyni dildə danışan, ortaq mədəniyyəti, tarixi və dini olan ölkələr.

Xamneyi həmçinin deyib ki, İran İslam Respublikası Tacikistanla müxtəlif sahələrdə səmimi əməkdaşlıq etməyə hazırdır. Tacikistan prezidenti isə, “Zati-alinizin bir neçə il əvvəl bəyan etdiyi kimi, iki ölkə bir-birinə bağlıdır və biz əlaqələri genişləndirmək və İslam Respublikasının elm, səhiyyə və sənaye sahələrindəki təcrübə və inkişaflarından bəhrələnmək istəyirik”, deyə açıqlamada cavab verib.

Ülviyyə, Hurriyyet.az