Xanəndənin fotosu dərsliyə salındı
2026-08-29 22:37:05
Əməkdar artist Arzu Əliyevanın fotosu Azərbaycanda nəşr olunan rusdilli dərsliklərdən birində yer alıb.
Hurriyyet.media xəbər verir ki, xanəndə bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, dərslikdə “Leyli və Məcnun” tamaşasından olan görüntüsünün yer aldığını bildirib.
Arzu Əliyeva dərslikdən həmin səhifənin fotosunu yayımlayaraq bunun onun üçün qürurverici olduğunu vurğulayıb.