📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xanım deputatdan Zahid Oruca jest

2026-11-16 18:02:54

Xanım deputatdan Zahid Oruca jest

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatlar arasında maraqlı jest yaşanıb.

Modern.az xəbər verir ki, deputat Sevil Mikayılova çıxış növbəsini Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruca verib.

Parlamentin sədri Sahibə Qafarova deputatın istəyini qəbul edərək Zahid Oruca söz verib. Bununla belə, spiker belə halların presedentə çevrilməməsi ilə bağlı öz iradını da bildirib və Zahid Orucdan gələcəkdə bu cür hallara yol verməməyi xahiş edib.