📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xanımı və 4 aylıq körpəsi qəzaya düşdü

2026-11-23 16:16:46

Xanımı və 4 aylıq körpəsi qəzaya düşdü

Türkiyəli tanınmış aktyor Feyyaz Şerifoğlunun həyat yoldaşı, xəbər aparıcısı Merve Dinçkol Şerifoğlu, 4 aylıq qızı Defne Yaz və dayəsinin olduğu avtomobil qəzaya düşüb.

Hurriyyet.net  Türkiyə mediasına istinadən xəbər verir ki, onların içərisində olduğu minik avtomobilinə arxadan gələn yük maşını çırpılıb.

Zərbənin təsirindən avtomobilə ciddi ziyan dəysə də, təhlükəsizlik kəmərlərinin taxılı olması mümkün faciənin qarşısını alıb. Hər 3 şəxs yüngül xəsarət alıb. Onlar xəstəxanada müayinə olunduqdan sonra evə buraxılıblar.

Hadisə zamanı Rizedə olan F. Şerifoğlu isə xəbəri eşidən kimi dərhal İstanbula qayıdıb.

Qeyd edək ki, Feyyaz Şerifoğlu və Merve Dinçkol ötən ilin iyununda ailə qurublar. Cütlüyün ilk övladı Defne Yaz isə bu ilin iyul ayında dünyaya gəlib.