"Xankəndi heç vaxt indiki qədər bizim, Azərbaycanın olmayıb" - NATİQ CƏFƏRLİ
"Dövlətimiz nəinki 1988-dən başlayan separatizmin, sovetlərdən qalan özgələşdirmənin də kökünü qazdı!"
"Sovet vaxtı Xankəndidə olmamışam, olanlar deyir ki, o vaxt belə, şəhərdə Azərbaycan dilində yazı, demək olar ki, yox imiş. Şəhərdə küçə adları, yazılar erməni və rus dillərində olub". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Politoloq qeyd edib ki, bu gün TV-də Xankəndini, stadionu, axın-axın xalqı, yazıları, asılan müqəddəs bayrağımızı görmək qürurvericidir: "Nağıl kimidir, fantastik nəticədir. Xankəndi heç vaxt indiki qədər bizim, Azərbaycanın olmayıb, Dövlətimiz nəinki 1988-dən başlayan separatizmin, sovetlərdən qalan özgələşdirmənin də kökünü qazdı!"
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az