📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndi "meri"nin ailəsi şəhəri tərk etdi - VİDEO

2023-09-02 23:07:41

Xankəndi

Xankəndində özünü “mer” adlandıran separatçı David Sarkisyanın həyat yoldaşı bir müddət əvvəl Laçın sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan şəhərini tərk edib.

Azərbaycan İctimai Televiziyasının reportajını izləyən Ermənistan mətbuatı qadını müəyyən edib.

Ermənilər “məmurun” ailəsinin şəhəri tərk etməsinə təəccüblənirlər. Görünür, separatçı elita qaçılmaz sonun yaxınlaşdığını anladıqları üçün ailələrini çıxarır.

Qeyd edək ki, Sarkisyanın kənd təsərrüfatında işləyən həyat yoldaşı Erna Cavadyan əvvəllər hamıya söz verim ki, heç vaxt Xankəndini tərk etməyəcək və onun sakinləri ilə qalacaq.

Həmin kadrları oxuculara təqdim edirik:

 

Ölkə.az