📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndi stadionunda duyğusal anlar – İlk topa şəhid övladı toxundu

2026-11-19 18:37:37

Xankəndi stadionunda duyğusal anlar – İlk topa şəhid övladı toxundu

 

Azərbaycan I Liqasının VIII turu çərçivəsində keçirilən “Xankəndi” – “Karvan-Yevlax” qarşılaşması duyğusal anlarla başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, əsaslı yenidənqurmadan sonra ilk rəsmi futbol matçına ev sahibliyi edən Xankəndi şəhər stadionunda topa ilk toxunuşu şəhid Fikrət Məmmədovun oğlu İbrahim edib.

İbrahimin rəmzi ilk zərbəsi stadionda əyləşən azarkeşlər tərəfindən alqışlarla qarşılanıb.

Beləliklə, Xankəndi şəhər stadionunda keçirilən ilk rəsmi qarşılaşmaya mənəvi əhəmiyyət daşıyan duyğusal anlarla start verilib. Hazırda görüş davam edir.