📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndidə daha 7 avtomat, 20 qumbara götürüldü

2024-04-06 10:37:09

Xankəndidə daha 7 avtomat, 20 qumbara götürüldü

Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı, 2 tapança, 3 tüfəng, 20 qumbara, 55 patron darağı, 1440 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bundan başqa, ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 8 tüfəng və 1005 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.