📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndidə ermənilər Laçın dəhlizi ilə bağlı aksiya keçirdi - Fotolar

2022-08-20 19:36:00

Xankəndidə ermənilər Laçın dəhlizi ilə bağlı aksiya keçirdi - Fotolar

Dünən - 19 avrqust axşam saat 19:00-da  Xankəndinin "Dirçəliş" meydanında hazırda Laçın və Zabuxdan keçərək Ermənistanı Qarabağa birləşdirən mövcud yolun saxlanması tələbi ilə etiraz aksiyası keçirilib.

Hurriyyet.az xəbər verir ki, aksiyanı Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçməmiş qanunsuz "Artsax inqilab partiyası”nın sədri Artur Osipyan təşkil edib.

Cəmi 50-100 hayın iştirak etdiyi üzdəniraq aksiyada Azərbaycanın "işğalı dayandırması", "10 noyabr razılaşmasının tələbləri"nin yerinə yetirilməsi və s. kimi sərsəm və həyasız şüarlar səsləndirilib.Moderator.az