Xankəndidə partlayış: FHN xilasediciləri 48 erməni cəsədi aşkarladı
2023-09-29 17:47:22
Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə əməliyyatı sona çatıb.
Hurriyyet.az FHN-ə istinadla xəbər verir ki, həyata keçirilən əməliyyat nəticəsində xilasedicilər 48 nəfərin cəsədi dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, hadisənin baş verdiyi ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.