📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndidə partlayış oldu, Kolonna kövrəldi

2023-09-26 11:12:37

Xankəndidə partlayış oldu, Kolonna kövrəldi

Bütün hisslərim yanacaq məntəqəsindəki partlayış qurbanlarının yanındadır.

Hurriyyet.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Ketrin Kolonna X hesabında yazıb.

“Fransa təcili yardım göndərməyə hazırdır. Azərbaycan humanitar yardıma dərhal çıxışı təmin etməlidir”, - Kolonna bildirib.

Qeyd edək ki, dünən Xankəndi yaxınlığında, Xankəndi-Əsgəran yolunun üzərindəki yanacaq məntəqəsində benzin çəni partlayıb. Hazırkı məlumata görə, 290 nəfər yaralanıb, 20 nəfər ölüb, itkinlərin olduğu bildirilir./Axar.az/