📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndidə xeyli sayda silah-sursat aşkarlandı

2024-06-22 10:50:28

Xankəndidə xeyli sayda silah-sursat aşkarlandı

Son bir həftədə Xankəndi şəhəri ərazisindən xeyli sayda silah-sursat aşkarlanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 15-21 iyunda polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 14 avtomat silahı, 5 tüfəng, 12 qumbara, 1 qumbaraatan, 14 alışdırıcı, 26 patron darağı, 400 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.