📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndidə yanğın: Xilasetmə işləri belə aparılır - Foto

2023-09-28 12:14:44

Xankəndidə yanğın: Xilasetmə işləri belə aparılır - Foto

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayışla əlaqədar hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirirlər.

Hurriyyet.az xəbər verir ki, Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Qeyd edək ki, axtarış-xilasetmə və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə FHN-in 10 avtomobili və 50 nəfərlik heyəti hadisə yerinə yola salınıb.