📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndidə yaşayan erməni əsilli vətəndaşlar necə səs verəcək?

2024-08-31 15:03:59

Xankəndidə yaşayan erməni əsilli vətəndaşlar necə səs verəcək?

Səsvermə hüququ olan bütün vətəndaşlarımız üçün bərabər şərait yaradılıb.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O, jurnalistlərin Xankəndidə yaşayan erməni əsilli vətəndaşların necə səs verəcəyi haqqında sualına cavabında deyib:
"Biz seçicilərin milliyyətinə fərq qoymuruq. Əgər həmin şəxslər Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsini daşıyırlarsa və seçici siyahısında adları varsa, səs verə bilərlər".\report