📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndidəki erməni evləri kimlərə veriləcək? - PLAN

2024-01-18 14:25:02

Xankəndidəki erməni evləri kimlərə veriləcək? - PLAN

“Xankəndini tam məskunlaşdırmaq olarmı? Bəziləri deyir ki, bu risklidir. Çünki bu halda Qarabağın keçmiş erməni sakinləri beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı mülkiyyət davaları açacaq və təzminat tələb edəcəklər”.

Hurriyyet.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, ermənilərin geri qayıtmaq niyyəti yoxdur: “Qarabağ erməniləri geri qayıtmaq və Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. İndi biz nə etməliyik, Xankəndi şəhərindəki evləri daha nə qədər boş saxlamalıyıq? Qarabağ ermənilərinə 6 ay da vaxt verək, gəlməcəyəkləri halda Azərbaycan vətəndaşlığından və beləcə mülkiyyət hüququndan məhrum ediləcəklərini bildirək”.

E.Şahinoğlu söyləyib ki, ermənilərin Qarabağa qayıtmasını rəsmi İrəvan da istəmir: “Ermənilərin Qarabağa qayıtmaq fikirləri yoxdur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan da istəmir. O, 17 yanvarda parlamentdəki çıxışı zamanı deyib ki, Ermənistanda Qarabağ erməniləri üçün evlərin tikintisi proqramı qəbul olunacaq. Bununla da məsələ bitib”.