📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndidəki erməni separatçıları işğala dəstək verdilər

2022-04-13 13:53:00

Xankəndidəki erməni separatçıları işğala dəstək verdilər

Qarabağdakı erməni separatçıları Rusiyanın Ukraynaya hərbi təcavüzünə açıq dəstək nümayiş etdiriblər.

Hurriyyet.az Ermənistan KİV-ə istinadla xəbər verir ki, Qarabağdakı erməni separatçıları Rusiyanın Ukraynadakı işğalını dəstəkləmək məqsədilə Xankəndidəki "Biz və bizim dağlar" abidəsinin önünə Rusiya bayrağı ilə "Z" işarəsi düzəldiblər.

Xatırladaq ki, bu, separatçılaırn ilk belə hərəkəti deyil. Belə ki, bundan öncə də Qarabağ separatçılarının "lideri" Arayik Arutyunyan Rusiyanın Ukraynada apardığı işğalçı müharibəni dəstəklədiyini bildirmişdi.