Xankəndindəki ermənilərin Şaxta babası – sülhməramlıların yardım paketi
2022-01-04 17:05:00
Hurriyyet.org “Yerevan Todey” (Yerevan Today) portalına istinadən xəbər verir ki, Qarabağda fəaliyyət göstərən rusiyalı sülhməramlılar xeyriyyə təşkilatı ilə birlikdə Yeni il münasibəti ilə humanitar aksiya təşkil ediblər. Aksiya çərçivəsində 50 nəfərə yaxın məhdud imkanlı uşaqlara və aztəminatlı ailələrin övladlarına Rusiyadan gətirilmiş hədiyyələr bağışlanıb. Bu barədə məlumatı Rusiyanın Sülhməramlı Kontingentinin Mətbuat Xidməti yayıb. Xankəndi şəhərindəki uşaq reabilitasiya mərkəzinə 40 isti adyal, 40 uşaq stulu və motorikanı inkişaf etdirən qum terapiyası üçün masalar verilib.
Hürr Tərcüman