Xankəndindəki qondarma bandit dəstəsi Azərbaycandan mərhəmət umur
Məlum olduğu kimi, bir neçə gün əvvəl Xankəndində olan ermənilər təbii qazın yoxluğundan şikayətlənirdilər. Erməni mediası xəbər verir ki, martın 8-dən Ermənistan hökuməti və Rusiya sülhməramlılarının köməyi ilə aparılan danışıqlar sayəsində Azərbaycan tərəfi dünən martın 16-da zədələnmiş qaz kəmərinin bərpası üzrə işlərə başlayıb.
Qondarma "Artsax" qurumunun informasiya qərargahı bildirir ki, “razılaşmaya əsasən, qaz təchizatı mümkün qədər tez bərpa olunacaq və Artsax hakimiyyəti bunun mümkün qədər tez baş tutması üçün bütün səylərini göstərir. Eyni zamanda, bütün abonentləri ayıq-sayıq olmağa və qazın verilişi bərpa olunanda qaz sızmasının və qəzanın baş verməyəcəyinə əmin olmağa çağırırıq".
P.S. Görünür rus "sülhməramlı"larının gölgəsində özünü qurum sayan qondarma dələduz dəstə "vətəndaşları"na əlindən heç bir şey gəlmədiyini deməkdənsə onları Azərbaycanın rəhmi ilə ovudur.
Ülviyyə, Hurriyyet.az