📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Xankəndinə ordu yox, Azərbaycan polisi daxil olacaq" - ASİF NƏRİMANLI

2023-09-21 14:00:44

"Erməni mediasının yazdıqları iddiadan başqa bir şey deyil, çünki ordumuzun hədəfi mülki yox, hərbi obyektlərdir"

"Ermənistan mediası Azərbaycan ordusunun Xankəndini atəşə tutduğu, daxil olmaq istədiyini iddia etməklə hələ də Bakını ittiham etməyə davam edir". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Asif Nərimanlı qeyd edib.

Siyasi şərhçi bildirib ki, bunun iddiadan başqa bir şey olmadığı bəllidir: "Təkcə ona görə yox ki, ordumuzun hədəfi mülki yox, hərbi obyektlərdir, həm də ona görə ki, Xankəndinə ordu yox, Azərbaycan polisi daxil olacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az