📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xankəndinin su problemi – Qarabağın təbiəti də erməni separatizmini qarğıyıb

2021-09-05 22:54:00

Xankəndinin su problemi – Qarabağın təbiəti də erməni separatizmini qarğıyıb

 
“Xankəndini su ilə təchiz edən 3 kanaldan biri tamamilə quruyub, 2-nin isə suyu xeyli azalıb. Kanallardan birindən saniyədə 10 litr, digərindən isə 30 litr su axır. Halbuki, saniyədə 30 litr su axan kanalın bundan əvvəlki sərfiyyatı 95-100 litr/saniyə idi”.
 
Bunu “Artsakh Vodokanal" şirkətinin direktoru Qagik Poqosyan erməni mediasına açıqlamasında deyib.
 
Amma Xankəndinin su problemi bununla da bitmir. Poqosyanın bildirdiyinə görə, son 30 ildə Qarabağda indiki qədər quraqlıq olmayıb. “53 gündür yağış yağmır. Sinoptiklərin fikrincə, 2020-21-ci illərdə yağıntılar 400-450 millimetr olmalı idi. Amma bölgəyə bu il indiyə qədər demək olar ki, 200 millimetr həcmində yağış düşüb. Eynilə səhralarda olduğu kimi”, - Poqosyan deyib.
 
Bildirildiyinə görə, Xankəndidə su təchizatı ilə bağlı problemlər avqust ayından hiss olunmağa başlanıb. Şəhərin 25% tamamilə susuzdur. Rus “sülhməramlı”ları Xankəndinə maşınlarla su daşıyır. \\Ovqat.com