📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xanlar Vəliyevin müavini işdən çıxarıldı

2022-03-04 17:35:00

Xanlar Vəliyevin müavini işdən çıxarıldı

Hərbi prokurorun müavini Rasim Kazımov vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Axar.az