📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xaqani Cəfərli: Türklər Avropada nələrin baş verdiyini anlamırlar, anlasaydılar...

2024-06-11 11:05:38

Xaqani Cəfərli: Türklər Avropada nələrin baş verdiyini anlamırlar, anlasaydılar...

Avropa Parlamentinə seçkilərlə bağlı türkiyəli ekspertlərin təhlillərini izlədikcə aydın görünür ki, türklər postsovet məkanında gedən proseslərlə bağlı bəsit fikirə malik olduqları kimi, Avropada da nələrin baş verdiyini anlamırlar. Anlasaydılar seçkilərin nəticələrini Avropada siyasi zəlzələ adlandırmazdılar. Bu fikirləri siyasi təhlilçi Xaqani Cəfərli bildirib. 

O həmçinin bildirir ki, siyasi təhlilləri Türkiyə televiziyalarında səslən fikirlər əsasında aparan soydaşlarımız da təxminən eyni mövqedədir.

"Ötən gün yazmışdım, bir daha təkrar edirəm: Kütləvi təbliğat insan şüurunu zədələyir. Siyasi zəlzələ o zaman ola bilər ki, Avropa İttifaqının dayanaqlığını təmin edən Avropa Xalq Partiyasının (EPP) mövqeləri ciddi zəifləsin. Halbuki, son seçkilərdə Avropa Xalq Partiyası əlavə 11 mandat qazanaraq Avropa Parlamentindəki deputat sayını 178-dən 189-a artırıb. Yaşıllar-ın beş il öncə ilə müqayisədə dəstəyinin azalması, ifrat sağların dəstəyinin çoxalması qanunsuz miqrant axını kimi problemin Almaniya və Fransada ətraf mühitin qorunması probleminin önünə keçməsidir. Qanunsuz miqrant problemi tənzimlənən kimi bu problem ortadan qalxacaq", deyə Xaqani Cəfərli fikirlərini ifadə edib.

Politoloq həmçinin qeyd edib ki, Respublika dəyərlərinə hörmət etməyən miqrantların Avropadan çıxarılması ilə bağlı başladılan təşəbbüs bu prosesə ciddi təsir edə bilər.

"Avropada yaşayan soydaşlarımız bu təşəbbüsü dəstəkləsə respublika dəyərlərinin bütün qitədə, o cümlədən Azərbaycanda qələbəsinə töhfə vermiş olarlar. Türkiyə televiziyaları isə Azərbaycanın telekanllarından daha ziyanlıdır və izləməməyinizi tövsiyyə edirəm", deyə Xaqani Cəfərli fikrini yekunaşdırıb.

Ülviyyə, Hurriyyet.az