📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xaricə agentlik edən erməni zabit həbs olundu

2023-01-31 11:38:00

Xaricə agentlik edən erməni zabit həbs olundu

Ermənistan ordusunun kapitanı həbs olunub. 

Hurriyyet.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

MTX-dən bildirilib ki, saxlanılan hərbçi 2021-ci ildən xarici kəşfiyyatın nəfinə casusluq edib. Erməni zabit məxfi məlumatları xarici kəşfiyyata ötürməkdə ittiham olunur. 

Saxlanılan hərbçinin kimliyi və hadisənin detalları Ermənistan MTX tərəfindən ictimaiyyətə açıqlanmayıb. (yenisabah)