📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xarici diplomatlar Füzulidə

2023-10-17 11:44:14

Xarici diplomatlar Füzulidə

Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin “Füzuli Şəhər Günü” münasibətilə Füzuli şəhərinə səfəri təşkil edilib.

Hurriyyet.az xəbər verir ki, səfərdə 70-ə yaxın diplomat, habelə 30-a yaxın səfir iştirak edir.

Diplomatik korpus nümayəndələri şəhər günü ilə əlaqədar təşkil olunan tədbirlərdə iştirak edəcəklər. Eyni zamanda, işğaldan azad edildikdən sonra Füzuli şəhərində aparılan tikinti, quruculuq işləri ilə yerində tanış olacaqlar. Qonaqların Şəhər Günü ilə əlaqədar konsert proqramında iştirakı da planlaşdırılıb./musavat.com/