📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xarkov vilayətində döyüşlər şiddətlənib - 6 minə yaxın insan təxliyə edildi

2024-05-13 15:23:44

Xarkov vilayətində döyüşlər şiddətlənib - 6 minə yaxın insan təxliyə edildi

Ukraynanın Xarkov vilayətinin bəzi yaşayış məntəqələrindən 6 minə yaxın insan təxliyə edilib.

Hurriyyet.az xəbər verir ki, bunu vilayətin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib. 

Vilayətin mülki administrasiyasının rəhbəri Vitali Qançev isə qoşunların təmas xəttində, o cümlədən sərhəd bölgəsində döyüşlərin şiddətləndiyi barədə məlumat verib.

Eyni zamanda, Ukrayna Müdafiə Nazirliyi silahlı qüvvələrin ehtiyat hissələrinin Xarkov vilayətindəki Volçansk istiqamətinə göndərildiyini bildirib. Yerli hakimiyyət orqanları Volçansk şəhərindən əhalinin təxliyə edildiyini açıqlayıb.

Bizim.Media