📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Xarkovdakı hökumət binası raketlə vuruldu

2022-03-02 17:02:00

Xarkovdakı hökumət binası raketlə vuruldu

Rusiya ordusu Xarkovdakı Şəhər Şurasının binasını qanadlı raketlə vurublar.

Hurriyyet.az xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbərinin müavini Roman Semenuxa deyib.

“İndicə Xarkov Şəhər Şurasının binası dəqiq zərbə ilə vuruldu”, - Semenuxa bildirib.

Qeyd edək ki, Xarkovdakı polis binası da “Kalibr”lə vurulmuşdu.