“Xarq adası amerikalılar üçün qəbristanlıq olacaq” – İrandan hədələr
2026-03-26 14:38:48
ABŞ-nin İrana qarşı hər hansı bir hərbi əməliyyatı qətiyyətli cavabla qarşılanacaq.
“AzPolitika” xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Vəhid Əhmədi xəbərdarlıq edib.
O əlavə edib ki, ABŞ hərbi və siyasi rəhbərliyinin səhv hesablamaları nəticəsində Xarq adası Amerika əsgərləri üçün "qəbiristanlığa" çevrilə bilər.
Qeyd edək ki, son günlər ABŞ-nin məhz İranın əsas enerji xabı olan Xarq adasında quru əməliyyatı keçirmək istədiyinə dair məlumatlar yayılmaqdadır. Qeyd olunur ki, İranın enerjidaşıyıcılarının ixracının 90 faizi bu ada vasitəsilə həyata keçirilir.